Sarqsyanın qardaşı oğlu azadlığa buraxıldı

Baxış sayı: 2. 377 dəfə baxılıb.

Sarqsyanın qardaşı oğlu azadlığa buraxıldı

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı oğlu Ayk Sarqsyan 50 milyon dram (təxminən 103 min dollar – red.) qarşılığında azadlığa buraxılıb. 

ÇıxışYolu.Com erməni KİV-ə istinadla xəbər verir ki, bununla bağlı qərar bu gün keçirilən məhkəmə iclasında verilib. 

İstintaq materiallarına görə, 2007-ci il aprelin 1-də Yerevandakı xəstəxanalardan birinə silahdan açılmış atəş nəticəsində xəsarət alan şəhər sakini David Simonyan gətirilib.

Həmin gün Artur Qevondyan adlı şəxs polisə gələrək, bağçalardan birinin həyətindən silah tapdığını və ehtiyatsızlıq nəticəsində dostu Simonyana atəş açdığını deyib. Faktla bağlı araşdırmalar başlanılıb və qısa müddətdə iş bağlanıb.

Bu ilin yayında yenidən başlanan istintaq araşdırmaları nəticəsində məlum olub ki, Davidi güllələyən şəxs Artur deyil, Ayk Sarqsyan olub. O, aralarında çıxan münaqişə zamanı Davidi öldürmək istəyib. 

www.ÇıxışYolu.Com