Bu ilin iyulunda axtarışa verilən Serj Saqrsyanın qardaşı oğlu Narek Sarqsyan kriminal avtoritet Andrenik Soqoyan tərəfindən hüquq-mühafizə orqanlarına təslim edilib.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Jamanak” nəşri məlumat yayıb.
“Ermənistanın yeni hökuməti kriminal avtoritetlərlə sıx əməkdaşlığa başlayıb. Ermənistan polisinin yaydığı məlumatda N.Sarqsyanın İnterpol vasitəsilə saxlanılmasını açıqlamasına baxmayaraq, əldə etdiyimiz informasiyaya görə, onu kriminal Avtoritet A.Soqoyan ələ verib”, – nəşr yazıb.
Xatırladaq ki, dekabrın 7-də Çexiyanın paytaxtında saxlanılan N.Sarqsyanın Qvatemala vətəndaşı kimi ölkəyə daxil olduğu və özünü Franklin Qonsales adı ilə təqdim etdiyi bildirilib.
ÇıxışYolu.Com yeniləndi!