Sarqsyanın qızı vəzifəsindən azad edildi

Baxış sayı: 3. 034 dəfə baxılıb.

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın balaca qızı Satenik Sarqsyan ölkənin Səhiyyə Nazirliyindəki vəzifəsindən azad edilib. 

Bununla bağlı Ermənistanın “Qraparak” qəzeti məlumat yayıb. 

Bildirilib ki, Səhiyyə Nazirliyinin maliyyə idarəsində iqtisadçı kimi çalışan S.Sarqsyan işdən getmək haqqında ərizəsini Ermənistan səhiyyə naziri Arsen Torosyana təqdim edib və nazir ərizəni qəbul edib. 

Məlumata görə, Satenik Sarqsyan 2016-cı ildə üçüncü övladını dünyaya gətirib və analıq məzuniyyətinə çıxıb. Bu günlərdə onun məzuniyyət müddəti başa çatıb.