“Yuventus” yarımmüdafiəçi Əmrə Canın adını Çempionlar Liqasının qrup oyunları üçün açıqlanan heyətə daxil etməyib.
ÇıxışYolu.Com xəbər verir ki, bu qərar türk əsilli almaniyalı yarımmüdafiəçini özündən çıxarıb.
O, baş məşqçi Mauritsio Sarrinin bu qərarından şoka düşdüyünü deyib: “Tamamilə şokda idim. Baş məşqçi ilə söhbətim heç bir dəqiqə çəkmədi və mənə Çempionlar Liqasında nə üçün oynamayacağımla bağlı səbəb deyilmədi. Çox qəzəbli, eyni zamanda məyusam. Çünki ötən həftə mənə klub tərəfindən başqa söz verilmişdi. Milli komandadan qayıtdıqdan sonra klub rəhbərliyi ilə bu barədə bir daha danışacağam. Mənə PSJ-dən təklif var idi, amma Çempionlar Liqasında oynamaq şərti ilə “Yuventus”da qalmağı seçmişdim”.
Qeyd edək ki, Əmrə Canla yanaşı, Mario Mancukiç və Corco Kyellini də Çempionlar Liqasının oyunları üçün sifariş olunmayıb.