179b2b9a-6a4c-44a8-886c-2e36e93cef25..jpg

Satışa çıxarılan mənzillərlə bağlı xəbərdarlıq – VİDEO

Baxış sayı: 718 dəfə baxılıb.

Satışa çıxarılan mənzillərlə bağlı xəbərdarlıq – VİDEO

Son günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onlayn qaydada
satışa çıxarılan mənzillərin alınmasında ev alqı-satqısı ilə məşğul olan bəzi
dəllallar tərəfindən vasitəçilik təklif edilməsinə dair elanlara rast gəlirik.

Sosial Xidmətlər Agentliyi açıqlama yayaraq bildirib ki, vətəndaşlar hər kəs
üçün yaradılmış hüquqi imkanlardan istifadə edərək qazanc məqsədi güdən bu cür
vasitəçilik təkliflərinə aldanmasınlar.

Məsələ ilə bağlı Baku TV-yə münasibət bildirən Sosial Xidmətlər Agenliyinin
sözçüsü Murad Həşimov vurğulayıb ki, mənzillərin satışı ms.sosial.gov.az
portalı üzərindən onlayn qaydada aparılacaq: “Ona görə də burada vasitəçiyə heç
bir ehtiyac yoxdur”.

Daha ətraflı Baku TV-nin süjetində:


Source link