Saturn peykində canlılar yaşaya bilər

Saturn peykində canlılar yaşaya bilər

Baxış sayı: 8. 515 dəfə baxılıb.

Avstraliya və Almaniyadan olan beynəlxalq alim qrupu Saturn planetinin Enselada peykindəki şəraiti araşdırıb.

ÇıxışYolu.Com  “Science Alert”-ə istinadən xəbər verir ki, tədqiqatçılar  arxeylərin (bakteriyalara bənzər təkhüceyrəli orqanizm) yaşaması üçün əlverişli olub olmadığını öyrənməyə çalışıb. Məlum olub ki, Methanothermococcus okinawensi  adlı təkhüceyrəlilər bu kosmik obyektdə  sağ qala bilər.

Alimlər arxeylərin  Enseladedəki müxtəlif şəraitlərə uyğun yetişdirilməsi üçün müxtəlif kameralardan istifadə edib. Beləcə, təqdiqatçılar bu orqanizmləri müxtəlif səviyyəli hidrogen şəraitində saxlayıb, həmçinin turşuluq, təzyiq və peykdə olan müxtəlif qazların konsentrasiya səviyyəsində dəyişikliklər edərək, onun arxeylərə təsirini təhlil edib.

Alimlər müəyyən edib ki, arxeylər ən əlverişsiz və ekstrimal şəraitlərdə belə sağ qala bilir. Yalnız mikroorqanizmlərə qarşı zəhərli olan formaldegid konsentrasiyasının yüksək səviyyəli təsiri altında orqanizmlər tələf olub.

Tədqiqat qrupu eyni zamanda yetişdikcə, arxeylərin metan ifraz etdiyini aşkarlayıb.Enseladanın qeyzerləri metanla zəngin olduğundan, peykdə canlı orqanizmlərin mövcud olduğu istisna edilmir.

Qeyd edək ki, yer planetində adıçəkilən mikroorqanizmin təbii məskəni  Yaponiyanın Okinava adası yaxınlığında dənizin bir kilometr dərinliyində olan sahədir.

www.ÇıxışYolu.Com