SAXAL: “Husilərin ələ keçirdiyi gəmi İsrailə məxsus deyil” – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Husilər tərəfindən Ədən körfəzində ələ keçirilən “Galaxy Leader” yük gəmisi
İsrailə məxsus deyil, gəminin ekipajında heç bir israilli yoxdur”.
Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.
“Qırmızı dənizin cənubunda Yəmən yaxınlığında husilərin yük gəmisini ələ
keçirməsi çox ciddi qlobal səviyyəli hadisədir. Bu, Türkiyəni tərk edən və
ekipajında israillilərin olmadığı beynəlxalq mülki heyətlə Hindistana gedən bir
gəmidir. Bu, İsrail gəmisi deyil”, – deyə SAXAL-ın məlumatında qeyd edilib.
Mənbə: TASS
19:06
Yəmənin “Ənsar Allah” (husilər) üsyançı hərəkatı İsrail gəmisini ələ keçirib.
Gəminin Ədən körfəzi sularında üzərkən qaçırıldığı bildirilir.
“Galaxy Leader” adlı yük gəmisi heyətinin aqibəti ilə bağlı hələlik məlumat
verilmir.
Mənbə: TASS