87986920-8882-4185-aefa-f23805b47fae..jpg

SAXAL Livan ərazisinə zərbə endirdi

Baxış sayı: 576 dəfə baxılıb.

SAXAL Livan ərazisinə zərbə endirdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail Müdafiə Ordusu (SAXAL) ölkənin şimalındakı yaşayış məntəqələrinə
Livandan mərmi atılan yerləri hədəfə alır.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrailin şimalında həyəcan siqnalının səslənməsi ilə bağlı xəbərlərdən sonra
Livandan Netua, Zarit və Yiftah (İsrailin şimalında) ərazilərinə bir neçə mərmi
atılıb. Mərmilər yaşayış olmayan əraziyə düşüb, itki yoxdur. SAXAL cavab
olaraq, mərmilərin atıdığı yerlərə zərbələr endirilib”, – deyə məlumatda
bildirilir.

Mətbuat xidməti əlavə edib ki, SAXAL-ın tankı “Hizbullah” terror təşkilatına
məxsus hərbi posta zərbə endirib.

Mənbə: TASS

Source link