eae3d528-3a29-46a4-8c6f-fc28874d9b73..jpg

Saxalində fövqəladə vəziyyət elan edildi: Sakinlər evlərindən çıxmaq üçün “qazıntı” aparırlar – VİDEO

Baxış sayı: 404 dəfə baxılıb.

Saxalində fövqəladə vəziyyət elan edildi: Sakinlər evlərindən çıxmaq üçün
“qazıntı” aparırlar – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aman Allah, bu, evin çıxışıdır. Ümumiyyətlə, nə edəcəyimi bilmirəm”.

Səhəri bu sözlərlə açan Rusiyanın Cənubi Saxalin vilayətinin sakinləri
evlərindən çıxmaq üçün nəhəng qar uçqununu qazaraq özlərinə yol açmalı olublar.
Çünki evlərin qapıları tamamilə qarla örtülüb.

Qeyd edək ki, Saxalin paytaxtında güclü qar səbəbindən fövqəladə vəziyyət
rejimi tətbiq edilib.

Vilayətin qubernatoru bütün müəssisələrin rəhbərlərinə çağırış edib ki,
işçiləri evdən işləsinlər.

Bütün kommunal və yol xidmətləri əsas yolların operativ şəkildə təmizlənməsi
üçün səfərbər olunub. Qar fırtınası səbəbindən şəhər avtobusları xəttə çıxa
bilməyib.️

Şəhərdə təcili tibbi yardım xidmətinin təşkili işləri aparılır. Hələlik təcili
yardım maşınları yalnız əsas küçələrlə hərəkət edə bilirlər. Yolların
təmizlənməsinə könüllülər və qar avtomobilləri cəlb olunub. Zəruri hallarda
həkim briqadalarını Fövqəladə Hallar Nazirliyinin əməkdaşları müşayiət
edəcəklər.

“Görmə məsafəsinin sıfır səviyyəsində olması və güclü külək səbəbindən şəhərdə
bütün növ ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Şəhər rəhbərliyi
işəgötürənlərdən israrla tələb edir ki, işçiləri məsafədən iş rejiminə
keçirsinlər”, – deyə Cənubi Saxalin meri Sergey Nadsadin sosial şəbəkə
hesabında bildirib.

Mənbə: RT “Telegram”, “Rossiyskaya gazeta”


Source link