Yujno-Saxalinsk şəhərində sakura bir həftə vaxtından tez çiçəklənib.
“SakhalinMedia” xəbər verir ki, Qələbə prospektində bitən yapon albalısını şimal küləklərdən ətraf binalar qoruyur.
Sakuranın bitdiyi daş qutusu günün istiliyini uzun müddət qoruyub saxlayır və bu da çiçəklənməsi üçün əlverişli şərait yaradır.
Qeyd edək ki, sakuranı Saxalinə, bu bitkini özlərinin milli rəmzi hesab edən yaponlar gətirib.
Yaponiya adalarında sakuranın çiçəklənməsini baharın gəlişi ilə bağlayırlar.