fca57d34-3a3e-4f6a-b0fd-a0a991e896c7..jpg

Saxta çıxarış vermək adı ilə dələduzluq edən şəxslə bağlı qərar çıxarıldı

Baxış sayı: 535 dəfə baxılıb.

Saxta çıxarış vermək adı ilə dələduzluq edən şəxslə bağlı qərar çıxarıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə Bakıda dələduzluqda təqsirləndirilən Mikayıl Abdullayevin
barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, beş il müddətinə azadlıqdan
məhrum edilib və məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, M.Abdullayev vətəndaşın etibarından istifadə edərək Binəqədi
rayonu, Goradil bağlar massivində yerləşən torpaq sahələrinə dair çıxarış
alınması üçün sənədlərin düzəldilməsi adı ilə ümumilikdə 46 500 manat pulunu
ələ keçirib. O, digər bir şəxsə isə torpağa çıxarış təşkil edəcəyi adı ilə
ondan 12 min manat pul alıb.

M.Abdullayevə qarşı Cinayət Məcəlləsinin dələduzluq, torpaq üzərində
mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə ittiham irəli
sürülüb.

Source link