Saxta dollar satmaq istəyənlər ələ keçdi

Saxta dollar satmaq istəyənlər ələ keçdi

Baxış sayı: 2. 658 dəfə baxılıb.

Saxta dollar satmaq istəyənlər ələ keçdi

İyunun 25-də, saat 21:40-da Xətai Rayon Mühafizə İdarəsinə rayon ərazisindəki bankların birindən daxil olmuş həyəcan siqnalı ilə əlaqədar dərhal polis əməkdaşları həmin ünvana gediblər.

DİN-in mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, müəyyən edilib ki, banka gəlmiş iki nəfər oranın xəzinədarına manata dəyişmək üçün bir ədəd 100 dollarlıq əskinas verib.

Xəzinədar əskinasın saxta olduğunu aşkar etdiyindən bu barədə polisə məlumat verib. Həmin şəxslər mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılaraq 34-cü Polis Bölməsinə təhvil veriliblər. Araşdırmalarla onların Ağsu rayon sakini Tural Behbudov və Ağdam rayon sakini Emin Aslanov olduqları müəyyən edilib.

Araşdırma aparılır.

www.ÇıxışYolu.Com