Saxta içki istehsal edən azərbaycanlı haqqında qərar verildi

Baxış sayı: 2. 624 dəfə baxılıb.

Saxta içki istehsal edən azərbaycanlı haqqında qərar verildi

“Biznesmenlər” 2.4 milyon rubl (təxminən 63840 min manat – red.) zərərə görə 100 min rubl (təxminən 2660 manat – red.) cərimə ödəyəcək. 

Volqoqrad Rayon Məhkəməsi şəhərdə saxta alkoqol biznesinə başlamış 44 yaşlı Azərbaycan Respublikası vətəndaşına hökm oxuyub.  

Belə ki, saxlanılan şəxs təxminən bir ildir məşhur markaların adı altında saxta içki istehsalı ilə məşğul olub. Bunun qarşılığında o, ümumirejimli cəzaçəkmə müəssisəsində il yarım həbs cəzası alıb. 

Saxta içki ticarəti ilə məşğul olan şəxs bu işi beş dostu ilə birgə görüb. Onların marka sahiblərinə vurduğu zərər 2.4 milyon rubl (təxminən 63840 manat – red.) məbləğindədir.  

Hazırda azərbaycanlılar üç maddə ilə ittiham olunur: “etiketlənməmiş alkoqol məhsullarının satışı, saxlanması, daşınması”, “lisenziyasız alkoqol məhsullarının qanunsuz dövriyyəsi”, “malların fərdiləşdirilməsi vasitələrindən qanunsuz istifadə”.  

Saxlanılan şəxslər günahını etiraf edib.