8d70ccf4-61dc-494e-b673-36d167acaa08..jpg

Şaxta qiymətləri “dondurmur”, amma bəzi məhsullar 20-30 faiz ucuzlaşacaq – RƏY + FOTO

Baxış sayı: 1. 126 dəfə baxılıb.

Şaxta qiymətləri “dondurmur”, amma bəzi məhsullar 20-30 faiz ucuzlaşacaq – RƏY
+ FOTO

Fəsil dəyişkənliyi, ümumiyyətlə havaların soyuması bazarlarda alıcılıq
qabiliyyətinə təsir edib. Çünki soyuq havalarda bazarlıq etmək həvəsi elə də
güclü olmur.

Bir qisim şəxs alıcılıq qabiliyyətinin düşməsi səbəbindən məhsulların
qiymətinin endirilə biləcəyini ehtimal edir. Bəs görəsən, bu gözlənti reallaşa
bilərmi? 2023-cü ildə qiymət artımlarına son veriləcəkmi?

Mövzu ilə bağlı Cixisyolu.com-a açıqlama verən iqtisadçı-ekspert Emin Qəriblinin
sözlərinə görə, kəskin hava şəraiti qiymət artımına səbəb ola bilər:

“Qış fəslində hava şəraiti ilə əlaqədar müəyyən problemlər ortaya çıxır. Bəzən
yollar bağlanır, gediş-gəliş kəsilir və ya təchizatda problemlər yaranır. Bu öz
növbəsində qiymət artımına gətirib çıxara bilər. Bəzən elə olur ki, müəyyən
dövrlərdə adamlar hətta bazara da getmirlər. Tələbat azala və o zaman məhsulun
qiyməti salına bilər”.

E.Qəribli qeyd edib ki, müəyyən tədbirlər nəticəsində inflyasiyanın faizi
azalmaq üzrədir:

“Bizdə kəskin qar yağmır. Mən inanmıram ki, bu amil böyük təsir göstərə
bilsin. Qiymət artımına, inflyasiyaya gəldikdə qeyd etmək lazımdır ki, hazırda
əksər ölkələr müvafiq tədbirlər görürlər. Bunun nəticəsində də inflyasiyanın
faizi azalır. Buğdanın qiymətində ilin əvvəlindən 6 faiz azalma müşahidə
olunur. Bu da öz növbəsində iqtisadi tələbatı azaldır, qiymətlərin azalmasına
təkan verir”.

Ekspert əlavə edib ki, bu il məhsulların qiyməti 20-30 faiz enəcək:

“Bu il üçün olan proqnozlara görə, qiymət azalmaları baş verəcək. Pandemiya
dövründə və geosiyasi qeyri-stabillik səbəbindən müəyyən qida məhsullarında
qiymət artımı baş vermişdisə, bu il azalmalar gözlənilir.

İnflyasiyanın özünün də dünya üzrə illik iki-üç faiz artım tendensiyası var.
Bunu nəzərə alsaq, görərik ki, bəzi məhsulların qiymətində 20-30 faiz artım baş
vermişdisə, bu il müəyyən azalmalar gözlənilir. Bu da dünya iqtisadiyyatının
durumundan asılıdır. Ola bilsin ki, bu azalma o qədər də yüksək olmasın”.

Nəzrin Vahid

Source link