Saxta viza ilə Azərbaycana keçmək istəyənlər tutuldu - FOTO

Saxta viza ilə Azərbaycana keçmək istəyənlər tutuldu – FOTO

Baxış sayı: 2. 020 dəfə baxılıb.

2018-ci ilin 29 may tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd nəzarəti əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində xarici vətəndaşların saxtalaşdırılmış sənədlərlə dövlət sərhədindən keçmək cəhdlərinin qarşısı alınıb.

DSX-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarəti zamanı üç əcnəbinin sənədlərinin etibarlılığı şübhə doğurub, xüsusi laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama nəticəsində şübhələrin əsaslı olması dəqiqləşdirilib.

“Dubay-Bakı” reysinin rəsmiləşdirilməsi zamanı Pakistan İslam Respublikasının vətəndaşı 1974-cü il təvəllüdlü Nawaz Shoaib tə­rəfindən təqdim olunmuş Azərbaycan Respublikasının elektron vizasının saxta olması müəyyən edilib.

“Bakı-Milan” reysinin sərnişinləri üzərində sərhəd nəzarətinin həyata keçirilməsi zamanı Pakistan İslam Respublikasının vətəndaşı 1989-cu il təvəllüdlü Shakeel Hafiz Muhammad Adnan tərəfindən təqdim olunmuş pasportdakı Şengen vizasının saxta olması aşkar olunub.

“İstanbul-Bakı” reysi ilə gəlmiş İran İslam Respublikası vətəndaşı 1990-cı il təvəllüdlü Hassanli Ali tərəfindən sərhəd nəzarətinə təqdim olunmuş pasportdakı Böyük Britaniya vizasının saxta olması müəyyən edilib.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

www.ÇıxışYolu.Com