Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində müxtəlif ərazilərdə səyyar formada saxta yuyucu vasitələrin satılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən xəbərə görə, məlumatla əlaqədar Gəncə ŞBPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlərlə “Ford-Transit” markalı avtomobil müəyyən edilərək şəhər ərazisində saxlanılıb.
Polis əməkdaşları Gəncə şəhər sakini Rail Abdıyevin idarə etdiyi avtomobildən zavod istehsalı olmayan 401 ədəd məişətdə istifadə edilən yuyucu kimyəvi maddə (“Fairy”), 297 ədəd boş “Ariel” sellofan paketləri və bir ədəd həmin paketlərin qablaşdırılması üçün istifadə edilən ütü aşkar ediblər.
Götürülən maddi sübutlar ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.