“Şaxtyor”un Çempionlar Liqası keçirəcəyi stadiondan köstəbək çıxdı – FOTO

Baxış sayı: 2. 906 dəfə baxılıb.

UEFA Çempionlar Liqasında çıxış edən Ukraynanın “Şaxtyor” klubunun ev oyunlarını keçirəcəyi Xarkovdakı stadiondan köstəbək tapılıb.

ÇıxışYolu.Com xəbər verir ki, köstəbək künc bayrağının yaxınlığında qazıntı aparıb və qazona ziyan vurub.

Lakin artıq köstəbək klub əməkdaşları tərəfindən tutulub və qazona dəymiş zərər aradan qaldırılıb. Bu barədə “Şaxtyor”un sosial şəbəkədəki hesablarından birində məlumat verilib.

Qeyd edək ki, “Şaxtyor” bu stadionda sentyabrın 19-da Çempionlar Liqasında Almaniyanın “Hofenhaym” klubunu qəbul edəcək.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com