Sayit Yusuf: “Türkdilli xalqlar arasında dil anlaşılmazlığının həlli kino
sahəsindən keçir”
“Türkdilli xalqlar arasında dil sahəsindəki anlaşılmazlığın həlli kino
sahəsindən keçir”.
“Report”un xəbərinə görə, bunu TÜRKSOY-un baş katibinin köməkçisi Sayit Yusuf
III “Korkut Ata” Türk Dünyası Film Festivalındakı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, türklər öz aralarında ortaq dillə anlaşmalıdırlar:
“Bu problem də təbii ki, kino sahəsi ilə aradan qaldırıla bilər. Türkdilli
xalqların nümayəndələrinin bir-birilə söhbəti zamanı yaranan anlaşılmazlıq
qəbuledilməzdir”.
“Türk mədəniyyətini dünyaya tanıtmaq istəyiriksə, onda film sahəsindəki
əməkdaşlığımızı daha da genişləndirməliyik. Bu baxımdan III “Korkut Ata” Türk
Dünyası Film Festivalı xüsusi önəm kəsb edir”, – S.Yusuf vurğulayıb.