Şirvanda “Dogruxeber.com” saytının baş redaktoru və redaktoru həbs olunublar.
Cixisyolu.com xəbər verir ki, onların ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb
etmələri və dələduzluq əməlləri barədə daxil olan məlumatlar əsasında Şirvan
Şəhər Polis Şöbəsində araşdırma aparılıb.
Sayt rəhbəri, eyni zamanda baş redaktoru olan İlham Həsənov və oğlu, həmin
saytda redaktor vəzifəsində çalışan Renar Həsənov ayrı-ayrı şəxsləri həqiqəti
əks etdirməyən, rüsvayedici məlumatlar yayacağı ilə hədələməkdə, dələduzluq
yolu ilə müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirməkdə şübhəli bilinirlər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb,
onlar cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri
seçilib.
Cinayət işi üzrə istintaq davam etdirilir.
Əzizə İsmayılova