“Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı hökm oxundu – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu ilin yayında “Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı məhkəmə
prosesi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hökm elan olunub.
Hakim Mirheydər Zeynalovun çıxardığı hökmə əsasən, Elmir İsmayılov, Peyman
Vəlizadə, Məhəmməd Həsənzadə məhkəmə zalından azadlığa buraxılıblar.
Məhkəmədə təqsirləndirilən şəxslərdən olan Elmir İsmayılov azadlığa çıxmasına
belə reaksiya verib:
“Bir hüquqşünas kimi deyə bilərəm ki, nəhayət, haqq-ədalət yerini tapdı. Bizi
dəstəkləyən, ədalətin bərpa olunması üçün köməklik göstərən ədalətli insanlara
minnətdarlığımı bildirirəm. Doqquz ay bizimlə birlikdə olan bütün dostlara
təşəkkürümü çatdırıram”.