1de6b046-2439-469e-81dd-2506f6e6cc76..jpg

Seçicilər səs verəcəkləri məntəqələri “ASAN xidmət”də də öyrənə biləcəklər

Baxış sayı: 491 dəfə baxılıb.

Seçicilər səs verəcəkləri məntəqələri “ASAN xidmət”də də öyrənə biləcəklər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Seçicilər ölkə üzrə bütün “ASAN xidmət” mərkəzlərində seçici statusunu yoxlaya
biləcəklər.

Cixisyolu.com xəbər verir ki, bununla bağlı “ASAN xidmət” mərkəzlərindəki “ASAN
növbə” terminallarında “Seçici statusunu yoxla” adlı xüsusi bölmə yaradılıb.

Belə ki, seçicilər həmin cihazlara yaxınlaşıb, tək şəxsiyyət vəsiqəsini
oxutduraraq, harada səs verəcəkləri – qeydiyyatda olduqları seçki dairəsi və
seçki məntəqəsi haqqında məlumatı, onların ünvanını öyrənə bilərlər.

Sistemdə adı çıxmayan seçicilər isə mobil nömrə daxil edərək, məlumatlarının
sistemdə əks olunması üçün müraciət edə bilərlər.

Qeyd edək ki, hazırda ölkə üzrə 26 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir.

Source link