30a2058d-4a17-4d98-b5ad-a4463e19b278..jpg

Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi başa çatdırılıb

Baxış sayı: 394 dəfə baxılıb.

Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi başa çatdırılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi ilə əlaqədar dairə
seçki komissiyaları tərəfindən seçki bülletenlərinin məntəqə seçki
komissiyalarına verilməsi işləri yekunlaşdırılıb.

Cixisyolu.com xəbər verir ki, seçki bülletenləri Seçki Məcəlləsi ilə
müəyyənləşdirilmiş qaydada dairə seçki komissiyalarına paylandıqdan sonra
səsvermə gününə azı üç gün qalmışadək dairə seçki komissiyalarından məntəqə
seçki komissiyalarına təqdim olunmalıdır.

Seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki
komissiyalarına paylanması prosesi fevralın 1-də başa çatdırılıb.

Qeyd edək ki, yanvarın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb
və 6 milyon 524 min 203 seçki bülleteni çap olunub.

Source link