d6d57b1b-3df4-4ea5-8135-c4516e285232..jpg

Seçki məntəqələri videokonfrans və rabitə avadanlıqları ilə təmin olunacaq

Baxış sayı: 471 dəfə baxılıb.

Seçki məntəqələri videokonfrans və rabitə avadanlıqları ilə təmin olunacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX)
növbədənkənar prezident seçkilərinin operativ idarə edilməsinin texniki
təminatını həll etmək məqsədilə yaradılmış işçi qrupunun ilk iclası keçirilib.

Bu barədə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident
seçkiləri ilə bağlı cari ilin 15 dekabr tarixində XRİTDX-də etibarlı və
dayanıqlı texniki vasitələr ilə təmin edilməsi üzrə yaradılmış işçi qrupunun
ilk iclası keçirilib. XRİTDX, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mərkəzi
Seçki Komissiyası, “Delta Telecom” LTD, “Ultel” MMC və “R.İ.S.K.” şirkətinin
nümayəndələrindən ibarət olan işçi qrupunun ilk iclası keçirib

Müzakirələrdə Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən ediləcək siyahılara
əsasən seçki məntəqələrinin etibarlı, dayanıqlı videokonfrans və rabitə
avadanlıqları ilə təmin olunması məsələlərinə baxılıb.

İclasda seçkilər ilə əlaqədar müvafiq tədbirlərin görülməsi və mütəmadi
müzakirələrin keçirilməsi qərara alınıb.

Source link