Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində müşahidə aparmaq istəyənlərin sayı 168-ə çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə mətbuata Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.
Qeyd olunub ki, müşahidəçilərin 36-sı öz təşəbbüsü ilə müraciət edib, 132-i isə qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülüb.
Bütün müraciətlərə müsbət cavab verilib.