ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda prezident seçkilərini müşahidə edəcək missiyasının rəhbərinin adı məlum olub.
ÇıxışYolu.Com APA-ya istinadən xəbər verir ki, missiyanın rəhbəri niderlandlı Korien Yonke (Corien Jonker) olacaq.
ATƏT DTİHB-nin uzunmüddətli müşahidə missiyasının başlanılması ilə bağlı martın 9-da Bakıda mətbuat konfransı keçiriləcək.