Bu günə qədər Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 22 min nəfərdən çox yerli müşahidəçi qeydə alınıb.
ÇıxışYolu.Com APA-ya istinadən xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.
M. Pənahov deyib ki, bu, orta hesabla hər məntəqəyə 4 yerli müşahidəçi düşməsi deməkdir.
MSK sədri indiyə qədər ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 13, Müstəqil Dövlətlər Birliyinin 8 müşahidəçisi də qeydə alınıb.