Seçkilərlə bağlı protokolların komissiyalara verilməsi başa çatır

Seçkilərlə bağlı protokolların komissiyalara verilməsi başa çatır

Baxış sayı: 2. 254 dəfə baxılıb.

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti sabah başa çatır.

ÇıxışYolu.Com məlumat verir ki, prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, səsvermə protokolları səsvermə gününə azı dörd gün qalanadək, yəni aprelin 7-dək verilməlidir.

Seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti isə aprelin 8-də başa çatır.

Qeyd edək ki, aprelin 11-də prezident seçkiləri keçiriləcək.

Respublika üzrə 125 seçki dairəsi və 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir.

www.ÇıxışYolu.Com