Aprelin 11-nə təyin edilən Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat aparmaq üçün ölkənin şəhər və rayon mərkəzlərində müəyyən edilən açıq və qapalı yerlərin siyahısı açıqlanıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, yerlər “Sərbəst toplaşmaq azadlığı haqqında” qanununa müvafiq olaraq ayrılıb.
Bunun üçün ölkənin 76 şəhər və rayonunda yer müəyyən edilib.
Müəyyənləşdirilən ünvanların sayı isə 152-dir.
Onlardan 76-sı açıq, 76-sı isə qapalıdır.
Bakı şəhərinin 12 rayonunun hər birində seçicilərlə görüş üçün açıq və qapalı yerlər ayrılıb.
Qeyd edək ki, seçkiqabağı təşviqat martın 19-da başlayır.