Seda Sayan boşanır?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2022-ci ildə Beşiktaşdakı lüks hoteldə ailə quran məşhur türkiyəli müğənni
Seda Sayan bu günlərdə həyat yoldaşı Çağlar Öktendən boşanacağı ilə bağlı
xəbərlərlə gündəm olub.
Aparıcılıq etdiyi proqramda yayılan xəbərlərə üsyan edən Sayan ayrılıq
iddialarına son qoyaraq diqqətçəkən açıqlamalar verib.
O qeyd edib ki, evləndikdən sonra Ökten soyadını götürüb, lakin rəsmi
prosedurlarda yaşadığı problemlərə görə məhkəmə qərarı ilə yenidən əvvəlki
soyadına qayıdıb.
Müğənni bu hadisənin “yanlış başa düşüldüyünü” bildirib.
“Belə bir şey yoxdur. Bu xəbərləri haradan alırsınız? Hamımızın ailələri var.
Belə şeylər etməyin. Aramızda heç nə yoxdur. 2 il yarımdır bir yerdəyik. Biz
hələ bir-birimizə “get” deməmişik. Üstəlik sevgimizi hamı görür. Bu sevgidən nə
istəyirlər?”, – deyə etiraz edib.
Mənbə: kaleninsesi.com