Şefik Caferoviç Prezident İlham Əliyevə təbrik məktubu yollayıb
2018-2022-ci illərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü, Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Şefik Caferoviç Prezidentİlham Əliyevə
təbrik məktubu yollayıb.
Prezident.az
təbrikdə deyilir:
“Zati-aliləri!
Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam təmin olunması münasibətilə
Sizə səmimi təbriklərimi çatdırıram.
Bu, Cənubi Qafqazda ədalət, sabitlik və bütün xalqların rifahı üçün əsas şərt
idi. Qarabağ Azərbaycana məxsusdur və daim onun bir hissəsi olacaqdır.
Cənab Prezident, Azərbaycanın Bosniya və Herseqovina ilə münasibətlərinin
möhkəmlənməsinə verdiyiniz töhfəyə görə Sizə minnətdarlığımı bildirirəm.
Sizinlə 2024-cü ilin martında XI Qlobal Bakı Forumunda görüşməyi səbirsizliklə
gözləyirəm”.