af062123-e29c-4ca2-8259-048ea48c3707.jpg

“Sehrli” çubuqlar yuxarı: Pərəstişkarların unudulmaz “professor Makqonaqall”a təsirli vidası

Baxış sayı: 35 dəfə baxılıb.

“Harry Potter” film seriyasının pərəstişkarları Meqqi Smitlə qeyri-adi üsulla
vidalaşıblar. Onlar “Universal” kinostudiyasının parkında “Hoqvarts”ın
qarşısında toplaşaraq, filmin seriyalarından birində olduğu kimi, “sehrli”
çubuqları qaldırıblar.

Cixisyolu.com-ın verdiyi məlumata görə, Glavny.tv bununla bağlı görüntülər paylaşıb.

Bildirilir ki, pərəstişkarlar bu yolla “professor Makqonaqall” rolunu ifa edən
əfsanəvi aktrisaya məhəbbətlərini ifadə ediblər.

Məlumata görə, aktrisanın vəfatı ilə əlaqədar Böyük Britaniyanın kralı Çarlz
da öz şərhini verib. Saray Meqqi Smitin vəfatı ilə bağlı dərin kədər hissi
keçirdiyini bildirən rəsmi məktub dərc edib.

Qeyd edək ki, aktrisa hələ 1989-cu ildə Britaniya İmperiyası Ordeninin
Xanım-komandoru rütbəsinə yüksəldilmiş və beləliklə “xanım” fəxri titulunu
almaq hüququ qazanmışdı.

Xatırladaq ki, Meqqi Smit dünən, sentyabrın 27-də 89 yaşında vəfat edib.

Source link