f1a5e8de-5976-437f-b6f9-6b75db24c9d3..jpg

“Sehrli xalat” filminin qəhrəmanları inklüziv mərkəzdə – FOTO

Baxış sayı: 711 dəfə baxılıb.

“Sehrli xalat” filminin qəhrəmanları inklüziv mərkəzdə – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və
Yaradıcılıq Mərkəzində “Film həftəsi” layihəsinə start verilib. Bu silsilədən
ilk olaraq “Sehrli xalat” filmi nümayiş etdirilib. Təqdimatdan əvvəl
tamaşaçılara rejissor Əlisəttar Atakişiyevin 1964-cü ildə ekranlaşdırdığı filmə
dair maraqlı məlumatlar çatdırılıb. Ekran əsərində Eldar obrazını canlandırmış
Yusif Şeyxov çəkiliş prosesi zamanı yaddaqalan əhvalatları, tərəf müqabilləri
ilə bağlı xatirələrini paylaşıb. Filmin Azərbaycan kinosuna gətirdiyi
yeniliklərdən danışılıb.

Filmin nümayişinə benefisiarlarla yanaşı, həssas kateqoriyadan olan 6-11 yaş
və 11-14 yaş aralığında autizm spektrli, əqli geriliyi olan şəxslər, şəhid
övladları, sosial sığınacaqların sakinləri də daxil olmaqla, ümumilikdə 100
nəfər cəlb edilib. Tədbirə təlim prosesini başa vurmuş şəxslərin də dəvət
edilməsi onların təlim müddətindən sonrakı mərhələdə mərkəzin ictimai həyatında
iştirakını təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Film
həftəsi”nin hər həftənin şənbə günü davamlı olaraq təşkili nəzərdə tutulub.
Layihə həssas qrupdan olan şəxslərin dünyagörüşünün inkişafı, sosiallaşmasının
təmin edilməsi, həmçinin şəxsiyyətlərarası münasibətlərin formalaşdırılmasında
təsirli olacaq.

Source link