“Sehrli xalat” filminin “Rəşid”i ABŞ-də vəfat etdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Sehrli xalat” filmində baş rol ifaçısı Azər Qurbanov vəfat edib.
Bununla bağlı Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov “Facebook”da bildirib.
Onun sözlərinə görə, A.Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən sonra ABŞ-də
dünyasını dəyişib.
Qeyd edək ki, əslən Gəncə şəhərindən olan A.Qurbanov 1955-ci ildə Balakən
rayonunda anadan olub. Orta təhsilini Bakıda 225 saylı orta məktəbdə rus
dilində alıb.
O, 7 yaşında “Bir məhəllədən iki nəfər” filmində debüt edib. Daha sonra
“Əcnəbi qız” (1965), “Bizim oynadığımız dənizdə” (1967), ilk sovet-yuqoslav
birgə filmi olan “Mavi quş, yolun açıq olsun” (1967) filmlərində rol alıb.
Ona ən böyük uğuru “Sehrli xalat” filmindəki pioner “Rəşid” obrazı gətirib.
A.Qurbanov rusdilli olduğundan onu Yusif Şeyxov səsləndirib.
A.Qurbanov 1992-ci ildən ABŞ-nin Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində
yaşayırdı, şəxsi bizneslə məşğul olurdu.