d6ccff78-cb35-4000-9954-aba4c3240d0c..jpg

“Sehrli Yeni il” adlı iki günlük bayram proqramı təqdim olundu – FOTO

Baxış sayı: 765 dəfə baxılıb.

“Sehrli Yeni il” adlı iki günlük bayram proqramı təqdim olundu – FOTO

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Dövlət Sosial Müdafiə Fondu
Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və “Bakı Beynəlxalq Dəniz
Ticarət Limanı” QSC-nin birgə əməkdaşlığı nəticəsində 27-28 dekabr tarixində
Yeni il və 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə
xeyriyyə məqsədli “Sehrli Yeni il” adlı iki günlük bayram proqramı təqdim
olunub.

Cixisyolu.com xəbər verir ki, tədbirdə hər gün 120 nəfər olmaqla, həssas əhali
qrupuna aid 250-yə yaxın uşağın iştirakı təmin edilib.

Tədbirin birinci hissəsində uşaqlar üçün sehrbazların, dj-lərin, Yeni ilin
ənənəvi qəhrəmanlarının iştirakı ilə əyləncəli proqram, köpük şousu nümayiş
olunub. Abdulla Şaiqin sevilən əsəri əsasında Mərkəzin benefisiarlarının və
rəqqasların ifasında səhnələşdirilmiş “Tülkü həccə gedir” tamaşasının
premyerası keçirilib. Tamaşanın quruluşu səhnə ifaçılığı istiqaməti üzrə
təlimçimiz Əbdülqəni Əliyevə məxsusdur. Səhnə əsərindəki əsas personajları Əli
Əsədov, Fərid Firyazzadə, Aslan Məmmədov, Rəşid Mikayılov, Ləman Məmmədova,
Babək İsmayılov, Fatimə Məmmədova canlandırır. Səhnə libaslarını mərkəzin
dərzilik, modelyerlik studiyasında təlim alan benefisiarlarımız ərsəyə gətirib.

“Mc Donalds Azərbaycan” şirkəti, “Ağ çiçəyim”, “Sensum by Amapola” və
Azərbaycan Badminton Federasiyasının təşkilati dəstəyi ilə gerçəkləşdirilən
tədbirdə uşaqlara müxtəlif hədiyyələr, bayram sovqatları paylanılıb.

Tədbir çərçivəsində ilin yekunları və həssas əhali qrupuna aid şəxslərə
göstərilən sosial-psixoloji dəstək istiqamətində əldə olunan nəticələrə dair
mətbuat konfransı da təşkil edilib.

Source link