ac476b36-8420-4e6e-b021-a2afe26f2df0..jpg

Selcan Mahsudova Dünya Kubokunda bürünc medal qazanıb

Baxış sayı: 733 dəfə baxılıb.

Selcan Mahsudova Dünya Kubokunda bürünc medal qazanıb

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Bakıda
keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

“Report”un məlumatına görə, 20 yaşlı idmançı Milli Gimnastika Arenasında
təşkil edilən yarışın finalında üçüncü yeri tutub.

O, qadınlar arasında fərdi yarışda 52.910 göstəriciyə imza atıb. Dünya
Kubokunun qalibi braziliyalı Kamilla Qomes (54.860) olub. Fransalı Lea Labrusse
(53.970) gümüş mükafata yiyələnib.

Qeyd edək ki, Selcan Mahsudova 2022-ci ildə Bakıda keçirilən Dünya Kubokunda
gümüş medal qazanıb.

Source link