26-yaşlı Selena Qomes “İnstagram” sosial şəbəkəsində “layk” göstəricisinə görə liderlik əldə edib. Pərəstişkarlar sayına görə isə birincilik yenidən portuqaliyalı futbolçu Kriştianu Ronalduya məxsusdur.
Tədqiqatı “Hype Auditor” portalı keçirib: bunun üçün real istifadəçilərin aktivliyi müəyyənləşdirilib.
Əldə olunan nəticələrə əsasən, K. Ronaldu pərəstişkarlar sayına görə öndə olsa da (170 milyon istifadəçi), S.Qomesin “post”ları daha çox bəyənilir – bir paylaşdığı yazıya orta hesabla 4, 6 milyon “layk” verilir.
Lider üçlükdə amerikalı model Kayli Cenner də yer alıb.