Selin Dion sağalmaz xəstəliyi haqqında sənədli film çəkəcək – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sərt əzələ sindromundan əziyyət çəkən müğənni Selin Dion bu xəstəlik haqqında
sənədli film çəkmək qərarına gəlib.
Bu barədə sənətçi şəxsi “Instagram” hesabında yazıb.
O, son bir neçə ilin onun üçün bir sınaq olduğunu etiraf edib. İfaçı
vəziyyətindən xəbərdar olduğunu və bununla yaşamağı, bu xəstəliyə nəzarət
etməyi öyrəndiyini bildirib.
“İfaçılıq karyeramı davam etdirməyə gedən yol uzandıqca, pərəstişkarlarımı
görmək üçün nə qədər darıxdığımı başa düşdüm. Səhnədən uzaqlaşdığım zaman
qərara gəldim ki, həyatımın bu hissəsini sənədləşdirmək, bu az tanınan xəstəlik
haqqında məlumatlılığı artırmaq, eyni diaqnoz qoyulan başqa insanlara kömək
etmək istəyirəm”, – deyə 55 yaşlı sənətçi yazıb.
Qeyd olunur ki, film “Mən varam: Selin Dion” adlanacaq və “Amazon Prime Video”
striminq xidmətində yayımlanacaq. Premyeranın tarixi hələ açıqlanmayıb.
Mənbə: variety.com