Selin Diondan kədərli xəbər: Hərəkətlərinə nəzarət edə bilmir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Məşhur ifaçı Selin Dion sərt əzələ sindromu səbəbindən bədəni üzərində
nəzarəti itirib.
Bu barədə müğənninin bacısı Klodett “7 Jours” verilişində deyib.
Klodett ağır xəstəlikdən əziyyət çəkən sənətçinin hazırkı vəziyyətindən
danışıb.
Onun sözlərinə görə, Selin Dion ağrılı spazmlar səbəbindən hərəkətlərini idarə
edə bilmir. Müğənninin yenidən səhnəyə qayıtması hələlik nəzərdə tutulmur.
Klodett qeyd edib ki, bacısı həmişə intizamlı və zəhmətkeş olub və səhnəyə
qayıtmaq arzusundadır, lakin hazırda belə bir proqnoz vermək mümkün deyil.
Klodett əlavə edib ki, Dionun çox nadir rast gəlinən bu xəstəlik yetərincə
araşdırılmayıb, buna görə də oxşar xəstəliyi olan bir çox insan artıq normal
həyata qayıtmaq və sağalmaq ümidini itirib.
Xatırladaq ki, 2022-ci ilin dekabrında Selin Diona sərt əzələ sindromu adlı
nevroloji xəstəlik diaqnozu qoyulub. Bu, nadir rast gəlinən autoimmun hərəkət
pozğunluğudur ki, mərkəzi sinir sistemini sıradan çıxarır və nəticədə yaranan
ağrılı əzələ spazmlarını aradan qaldırmaq çətin olur.
2023-cü ilin may ayında Selin Dion müalicə kursu keçmək üçün təxminən 40
konsertini ləğv edib.
Mənbə: Gazeta.ru