e5cbeb7c-72df-456e-becf-130747ba4717..jpg

Sem Əsgəridən Britni Spirsdən boşanma şayiələrinə cavab – FOTO

Baxış sayı: 836 dəfə baxılıb.

Sem Əsgəridən Britni Spirsdən boşanma şayiələrinə cavab – FOTO

Bir neçə gün əvvəl mətbuatda Britni Spirs və Sem Əsgərinin boşanma ərəfəsində
olması barədə xəbərlər yayıldı. Məsələ burasındadır ki, toydan 9 ay sonra yeni
evlənənlər nikah üzüklərini çıxarıblar. Bundan əlavə, son vaxtlar müğənni
sosial şəbəkələrdə əri ilə fotolarını yayımlamır, ancaq agenti və dostu Keyt
Hadsonla tətil şəkillərini paylaşıb.

Sem Əsgəri boşanma şayiələrinə qeyri-adi üsulla cavab verib. O, nişan üzüyünü
açıq-aydın göstərən bir neçə foto yayımlayıb.

Yeri gəlmişkən onun meneceri Brandon Koen ulduzların evliliyində problem
olduğunu inkar edib.

“Semin ailə problemi yoxdur. Sadəcə filmdə çəkildiyi üçün üzüyü çıxardıb”, –
deyə şərh verib.

Spirsin özü gəzən söz-söhbətə hələ cavab verməyib.

Qeyd edək ki, Britni Spirs və Sem Əsgəri 2022-ci ilin iyun ayında evləniblər.

Mənbə: Gazeta.ru

Source link