Amerikalı respublikaçı senator Con Makkeyn hökuməti Rusiyaya qarşı kiberhücum həyata keçirməyə çağırıb.
ÇıxışYolu.Com “Defence News”a istinadən xəbər verir ki, senator öz kitabında hökumətin bu variantı ciddi şəkildə götür-qoy etməli olduğunu vurğulayıb.
Senatorun sözlərinə görə, bu Rusiyanın 2016-cı ildəki prezident seçkilərinə müdaxiləsinə bir cavab tədbiri olmalıdır.
Makkeyn Rusiyaya qarşı nifrət bəsləmədiyini desə də, Vaşinqtonun ölkənin demokratiya təməllərinə, azad və ədalətli seçkilərə hücum etdiyinə görə, Putini buna peşman etməli olduğunu hesab edir.