Senator Fetterman Menendes haqqında: “Bu əclaf çoxdan qovulmalı idi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ-nin Pensilvaniya ştatından olan senatoru Con Fetterman korrupsiyada ciddi
ittihamlar irəli sürülən ermənipərəst qanunverici Bob Menendesiyenidən
Bu barədə o, CNN-in “The Lead” verilişində Ceyk Tapperə verdiyi müsahibədə
danışıb.
Söhbət əsnasında o, Menendesin hələ də Kapitolidə məxfi brifinqlərdə iştirak
etmək hüququna malik olmasından hiddətlə danışıb.
“Qoy yenidən seçkiyə qatılmağa cəsarət etsin. Bilmirəm, niyə seçkinin bir
parçası olmaq istəyir, amma namizədliyini irəli sürərsə, bu, həlledici amil
olmayacaq”, – deyə Fetterman vurğulayıb.
O, nyu-cersili senatorun məhkəmə hüququ olduğunu bildirib.
“Amma Menendesin senator olmağa haqqı yoxdur və şübhəsiz ki, o, əlaqələri
olmaqda əsaslı şəkildə ittiham olunduğu ölkələrlə bağlı gizli brifinqlərdə
iştirak etmək hüququna malik deyil. Bu, biabırçılıqdır və mən kimlərinsə buna
dözümlə yanaşmasını anlaya bilmirəm”, – deyə o vurğulayıb.
Xatırladaq ki, Menendes Misir və Qətər
hökumətlərinin marağına atdığı addımlarla bağlı rüşvət və korrupsiyada,
həmçinin Nyu-Cersidən olan bir neçə iş adamına qızıl külçələr, nağd pul,
dəbdəbəli avtomobil və “Formula-1” yarışlarına bilet müqabilində kömək etməkdə
ittiham olunur.
Fetterman Menendesi vəzifəsini tərk etməyə çağıran ilk şəxs və ən açıq
tənqidçisidir. Fetterman müəyyən cinayətlərdə, o cümlədən xarici agent kimi
xidmətdə ittiham olunan senatorların məxfi məlumat almasını və ümumiyyətlə
həssas brifinqlərdə iştirakını qadağan edən qətnamə təqdim edib.
“Biz bu əclafı çoxdan qovmalıydıq. İndi biz bu qətnaməni müzakirəyə çıxarmaq
istəyirik və mən xarici agent olmaqda ittiham olunan hər hansı senatorun məxfi
brifinqlərdə iştirakını qadağan edə bilməyimiz üçün yekdilliklə təsdiq
istəyəcəyəm”, – deyə o əlavə edib.