“ABŞ hakimiyyəti ilk növbədə Cənubi Karolinada qasırğadan zərər çəkənlərə
deyil, İsrailə kömək etməlidir. Bu Yaxın Şərq ölkəsi ətrafında baş verənlər
Vaşinqton üçün prioritet olmalıdır”.
Cixisyolu.com xəbər verir ki, bu sözləri ABŞ-nin “Fox News” telekanalında senator
Lindsi Qrehem deyib.
O qeyd edib ki, Cənubi Karolina sakinlərinə rəğbət bəsləyir və orada qasırğa
başlayandan sonra bu ştatı gəzib, lakin İsraildə baş verənlərdən daha çox
narahatdır. Onun fikrincə, indi israillilər hər tərəfdən onları öldürməyə
çalışan insanların əhatəsindədir.
O, İsrail ordusunu rəqiblərinin hərəkətlərinə qeyri-mütənasib reaksiya
verməkdə ittiham edən ABŞ prezidenti Co Baydeni tənqid edib. Qrehemə görə,
“məsələ sizi və sevdiklərinizi məhv etmək istəyənlərlə bağlıdırsa, heç bir
mütənasiblikdən söhbət gedə bilməz”.