Seneqalda prezident seçkisi keçirilir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Seneqalda ciddi təhlükəsizlik tədbirləri fonunda prezident seçkisi keçirilir.
Məlumata görə, Daxili İşlər Nazirliyi seçki məntəqələrinin mühafizəsi və
ictimai asayişin qorunması üçün 50 mindən çox polis və xüsusi təyinatlılar
göndərib.
Seçki bülletenində 19 namizədın adı var.
Seneqalın hazırkı prezidenti Maki Sal konstitusiyaya görə iki prezidentlik
müddəti məhdudiyyəti səbəbindən seçkidə iştirak etmir. Onun səlahiyyətləri
aprelin 2-də başa çatır.
Afrikalı ekspertlər dörd siyasətçini favorit adlandırırlar: Hakim partiyanın
namizədi Amadu Ba, müxalifət liderlərindən biri Bassir Diomaye Faya, həmçinin
nüfuzlu siyasətçilər olan İdris Sek və Xəlifə Sala.
Qeyd edək ki, ölkədə seçki siyahılarına 7,37 milyon nəfər daxil edilib və
onlar üçün 16 440 seçki məntəqəsi açılıb.
Mənbə: TASS