7087a8f9-ce0b-4331-8711-847dc45c1f91..jpg

Sentyabrın 15-dək açılışı olacaq məktəblərin sayı məlum olub

Baxış sayı: 430 dəfə baxılıb.

Sentyabrın 15-dək açılışı olacaq məktəblərin sayı məlum olub

Sentyabrın 15-dək 23 (4 təhsil müəssisənin açılışı olub), ilin sonunadək 8
təhsil müəssisəsinin açılışı nəzərdə tutulub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən
bildirilib.

“Əlavə olaraq ilin sonuna kimi 32 təhsil müəssisəsinin layihə-smeta sənədlərin
hazırlanması, 24 təhsil müəssisəsinin tikintisi və 9 təhsil müəssisəsinin isə
əsaslı təmir və bərpa-gücləndirməsi işlərin başlanması nəzərdə tutulub. Eyni
zamanda bu il Heydər Əliyev Fondu tərəfindən təmir-tikintisi həyata keçirilən
17 təhsil müəssisəsinin sentyabrın 15-dək, 2 təhsil müəssisəsinin isə ilin
sonunadək təhvil verilməsi məlumatı əldə edilib”, – deyə nazirlikdən verilən
cavabda qeyd olunub.

Həmçinin vurğulanıb ki, bu il investisiya büdcəsi hesabına 40 təhsil
müəssisəsində (3 peşə, 3 məktəbdənkənar, bir internat tipli, 33 ümumi təhsil
müəssisəsi) tikinti-quraşdırma işləri aparılır.

Xatırladaq ki, ölkə ərazisində təhsil müəssisələri şəbəkələrinin genişlənməsi,
yeni məktəblərin tikintisi və əsaslı təmiri işlərini Elm və Təhsil Nazirliyinin
sifarişi ilə Əsaslı Tikinti və Təchizat İdarəsi yerinə yetirir.

Source link