“İsrail İran ərazisinə hücum edərsə, İran İsrailin neft emalı zavodlarına və
qaz yataqlarına zərbələr endirəcək”.
Cixisyolu.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı
Keşikçiləri Korpusunun (SEPAH) komandirinin müavini, kontr-admiral Əli Fədavi
deyib.
“İşğalçılar səhv etsələr, biz onların bütün enerji mənbələrinə, neft emalı
zavodlarına və qaz yataqlarına zərbələr endirəcəyik”, – Əli Fədavi vurğulayıb.
Qeyd edək ki, oktyabrın 4-də İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei Tehranda
cümə namazı zamanı İran İslam Respublikasının İsrailə qarşı sonuncu raket
hücumunun qanuni olduğunu bildirib.