bc788c81-c48f-4329-8d2f-48a69564a83a..jpg

SEPAH-ın keçmiş komandanı: “Əxlaq polisini yığışdırmalıyıq” – FOTO

Baxış sayı: 615 dəfə baxılıb.

SEPAH-ın keçmiş komandanı: “Əxlaq polisini yığışdırmalıyıq” – FOTO

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin
keçmiş komandanı Hüseyn Əlayi əxlaq polisinin fəaliyyətinə münasibət bildirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

“Xalq hökumətin onun işlərinə qarışmasını sevmir. Nə geyinirlər, nə
geyinmirlər, nə edirlər, insanlar kazarma əsgərləri deyil ki, onlar üçün hər
şeyə qərar verəsən”, – deyə Hüseyn Əlayi bildirib.

“İnsanlar hansısa aviaşirkətdə işləsə, o zaman oradakı rəhbərlik deyə bilər
ki, mənə xidmət edirsən, dediyim kimi geyinməlisən. Fikrimcə, hökumət və
idarəedici orqanlar insanların həyat tərzinə qarışmasalar, onları incitməsələr
və onlara öz həyatları üçün danışmağa imkan versələr, bir çox problemlər
həllini tapar”, – deyə o əlavə edib.

Source link