2e664283-b84d-47bd-a5ee-9107134156e8..jpg

“Sepah”da itaətsizlik: İran hakimiyyəti əsas dayağını itirir – VİDEO

Baxış sayı: 923 dəfə baxılıb.

“Sepah”da itaətsizlik: İran hakimiyyəti əsas dayağını itirir – VİDEO

İran təqvimi ilə 1401-ci ilin son günlərində, Novruz bayramı ərəfəsində İranın
ali rəhbəri Ayətullah Əli Xameneyinin iştirakı ilə keçirilmiş müşavirənin məxfi
stenoqramı yayıldı və rejimin köhnə ili hansı durumda və hansı əhvalda yola
saldığı aşkara çıxdı.

İslam İnqilabının Keşikçiləri Korpusunun, yəni “Sepah”ın yüksək rütbəli
zabitlərinin həmin müşavirədəki çıxışlarını ehtiva edən 44 səhifəlik sənəd
ölkənin vəziyyətinə bir növ içəridən baxışı və rejimin daxildən parçalanmasını
əks etdirdiyi üçün beynəlxalq medianın diqqətini çəkdi, sənədlə bağlı müxtəlif
şərhlər və təhlillər meydana gəldi.

Sənədin mötəbərliyi də şübhə doğurmur, çünki elə həmin müşavirədə dəfələrlə
vurğulandığı kimi, son vaxtlar İranın hərbi və təhlükəsizlik strukturlarında
məxfi məlumatların kənara ötürülməsi və satılması halları geniş yayılmaqdadır.
Təsadüfi deyil ki, sənədi ilk dəfə dərc edən “Vəğte-azadi”, yəni “Azadlıq
zamanı” Teleqram kanalının bildirdiyinə görə, Xameneyinin ofisinin
təhlükəsizlik xidməti bununla bağlı üç nəfəri istintaqa cəlb edib, digər
analoji qurumlarda da məxfi sənədin kənara çıxması ilə əlaqədar araşdırmalara
başlanıb.

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim
edirik:


Source link