Separatçılar “tələbə” adı ilə Qarabağdan qaçırlar – Xəbərlərin 23:00 buraxılışı
Baku TV-nin efirində xəbər vaxtıdır.
Erməni kəşfiyyat-diversiya qrupu Kəlbəcərdə bölmələrimizin yerləşdiyi əraziyə
sızmağa çalışdı. Müdafiə Nazirliyi düşmənin terror-təxribat əməli ilə bağlı
məlumat yaydı.
Separatçılar “tələbə” adı ilə Qarabağdan qaçırlar. “Laçın” sərhəd-buraxılış
məntəqəsində uzun növbə yaranıb.
Xəstələrə psixotrop dərmanlar verən iranlı həkim hakim qarşısında. Məhkəmə
onun barəsində hansı qərarı verdi?
“Çimmək üçün suyu qızdırıb dolçaya tökür və çimirik. Biz hansı dövrdə
yaşayırıq? Nə üçün belə davam etməlidir? Çətin duruma düşmüşük, dərdimizə çarə
tapan yoxdur”. Borclu sakinlərə görə bütün qonşular çətin vəziyyətdə qaldılar.
İsti suya həsrət qalan sakinlərin problemi nə vaxt həllini tapacaq?
Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: