2b283c20-5854-4c63-aa7d-7d3d908dd6dd..jpg

Serbiya baş nazirinin birinci müavini: “Azərbaycanla strateji əməkdaşlığa xüsusi önəm veririk” – FOTO

Baxış sayı: 573 dəfə baxılıb.

Serbiya baş nazirinin birinci müavini: “Azərbaycanla strateji əməkdaşlığa
xüsusi önəm veririk” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş
nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon
danışığı aparıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “Facebook”
səhifəsində paylaşım edilib.

Telefon danışığı zamanı nazirlər Azərbaycanla Serbiya arasında strateji
tərəfdaşlığın cari vəziyyətini və perspektivlərini, eləcə də çoxtərəfli
platformalarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər qarşılıqlı yüksək səviyyəli səfərlərin, beynəlxalq təşkilatlar
çərçivəsində faydalı qarşılıqlı fəaliyyətin, iqtisadi və mədəni əməkdaşlığın, o
cümlədən enerji, yüksək texnologiyalar, nəqliyyat, humanitar, təhsil, turizm,
alternativ enerji və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Nazir İvitsa Daçiç Serbiyanın Azərbaycanla strateji əməkdaşlığa xüsusi önəm
verdiyini, ölkələrimizin qarşılıqlı şəkildə suverenlik və ərazi bütövlüyünə
verdiyi dəstəyin əhəmiyyətini qeyd edib.

Bununla yanaşı, telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Source link