Serbiyada keçiriləcək Avropa Çempionatına yollanacaq seçmə komandanın heyəti
açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Serbiyanın Novi Sad şəhərində sambo üzrə böyüklər, gənclər və yeniyetmələr
arasında Avropa çempionatı və birincilikləri keçiriləcək.
Cixisyolu.com qurumun mətbuat xidmətinə istinadla xəbər verir ki, bu mötəbər idman
tədbirində ölkəmizi üç yaş qrupu üzrə ümumilikdə 22 samboçu və iki məşqçi
təmsil edəcək. 9-10 may tarixlərində Avropa çempionatı, 11-12 mayda isə Avropa
birincilikləri baş tutacaq.
Millilərimiz 22 idmançı ilə təmsil olunacaq. Bunların yeddisi böyüklər,
yeddisi gənclər və səkkizi yeniyetmələr kateqoriyasında mübarizə aparacaq.
Böyüklər: Nicat Məmmədli (58 kq), Elvin Bağırov (64 kq), Hacalı Qasımov (71
kq), Adil Adilzadə (79 kq), Ağani Məmmədov (88 kq), Rəsul Aydəmirov (98 kq),
Sabir İsayev (+98 kq);
Gənclər: Murad Fətullayev (58 kq), Nicat Rəhimov (64 kq), Xudabaxış Əliyev (71
kq), Pünhan Göyüşov (79 kq), Sadiq Zeynallı (88 kq), Şahin Əsədov (98 kq),
Orxan Məcidli (+98 kq);
Yeniyetmələr: İsmayıl Əlipənahov (53 kq), Ziyəddin Zeynallı (58 kq), Nicat
Süleymanlı (64 kq), Mikayıl Əmirov (71 kq), Roman Qarayev (79 kq), Əli Əliyev
(88 kq), Ramal Cavadov (98 kq), Hacıbaba İmaməliyev (+98 kq).
Qeyd edək ki, komandalarımıza böyüklərdən ibarət milli komandanın baş məşqçisi
Vahid Tarverdiyev və gənclərdən ibarət yığmanın çalışdırıcısı Bəxtiyar Hacıyev
rəhbərlik edəcək.